Məxfilik Siyasəti
Ümumi müddəalar
Bu Məxfilik Siyasəti Fərdi Sahibkar Səfərov Çinar Həbib oğlu (VÖEN: 2602751442, "ChinarSoft") tərəfindən idarə olunan "Examine ChinarSoft" tətbiqi və "examine.space" veb-saytı üçün istifadəçilərin fərdi məlumatlarının toplanması, istifadəsi və qorunması qaydalarını tənzimləyir.
Toplanan fərdi məlumatlar
Xidmətlərimizdən istifadə edərkən və qeydiyyatdan keçərkən yalnız aşağıdakı məlumatlar toplanılır:
- Ad
- E-poçt ünvanı
- Telefon nömrəsi
- Şifrə (Parol)
Ödəniş məlumatlarının təhlükəsizliyi
Biz istifadəçilərin kredit və ya debet kartı məlumatlarını toplamırıq və öz serverlərimizdə saxlamırıq. Bütün maliyyə əməliyyatları tamamilə təhlükəsiz şəkildə partnyorlarımız olan "E-point" və "PulPal" ödəniş sistemləri tərəfindən həyata keçirilir.
Çərəzlər (Cookies) və Analitika
"examine.space" veb-saytı istifadəçiləri izləmək üçün heç bir analitika alətindən (məsələn, Google Analytics) və ya çərəz (cookie) texnologiyasından istifadə etmir.
Məlumatların silinməsi
İstifadəçilər fərdi məlumatlarının silinməsini tələb etmək hüququna malikdirlər. Bu hüquqdan yalnız sistemə e-poçt ünvanını daxil etmiş istifadəçilər yararlana bilər. Silinmə tələbi qeydiyyatdan keçdiyiniz e-poçt ünvanı vasitəsilə bizə göndərilməlidir.
Əlaqə
Fərdi məlumatların qorunması, dəyişdirilməsi və ya silinməsi ilə bağlı sual və şikayətlərinizi aşağıdakı e-poçt ünvanlarına göndərə bilərsiniz:
admin@examine.space
chinar1977@gmail.com