Логотип

EXAMINE SPACE

Menu
ExamCreator Icon ExamCreator
Examine Icon Examine ExamTutor Icon ExamTutor EduPlan Icon EduPlan

ExamCreator

ExamCreator - repetitorlar və tədris kursları üçün çevik onlayn imtahan keçirmək üçün ideal variantdır.

Sual bazalarınız Word (docx), PDF (pdf) formatlarındadır və onları onlayn imtahana çevirməyə çətinlik çəkirsiniz? Onda ExamCreator sizin bu istiqamətdəki problemlərinizin həlli deməkdir. Elektron suallarınızı asanlıqla imtahana çevirmək və qruplarınız arasında imtahan keçirməyə imkan verir. Yaratdığınız imtahanlarda həm qrup tələbələriniz, həm də digər şəxslər imtahan verə bilər. İmtahan bitən kimi nəticələri görə biləcəksiniz. İmtahan verənlər həm eyni vaxtda, həm də müxtəlif vaxtlarda imtahana qoşula bilərlər. İmtahanı istədiyiniz vaxt həm aktivləşdirə, həm də sonlandıra bilərsiniz. Qrup tələbələriniz sizin onlar üçün müəyyən etdiyiniz şifrələrlə, digər şəxslər isə bilet almaqla iştirak edə bilərlər. Biletləri sistem özü generasiya edir. Nəticələri şəkil, pdf, xml, json və ya html formatlarında ala bilərsiniz. Sizin icazəniz olmadan heç biri imtahana giriş edə bilməyəcək.

ExamCreator və ExamBoard

ExamCreator sistemi ExamCreator (Windows) və ExamBoard (Windows və ya mobil əlavələr) şəklində proqramlardan ibarətdir. ExamCreator ilə imtahanlarınızı və sual bazalarınızı yarada bilirsiniz. Sual bazalarınız sizin kompüterdə qalır. Cari suallarla və ya bazadan avtomatik imtahan yaratmaq imkanına malikdir. İmtahanı bitirdikdən sonra dərhal nəticələrin hesabatını alırsınız. İmtahanlar demək olar ki, bütün mümkün sual formalarını dəstəkləyir. ExamCreator və ExamBoard əlavələrindən istifadə qaydalarını YouTube kanalından öyrənə bilərsiniz.

ExamCreator yüklə:          ExamBoard yüklə:          ExamBoard APK: